“Facebook” üzr istədi – 500 min ziyan

“Facebook” üzr istədi – 500 min ziyan
  21 İyun 2014    Oxunub:771
Bir neçə gün əvvəl "Facebook" sosial şəbəkəsində yaranan bir neçə dəqiqəlik problem şirkətə 500 min dollara başa gəlib.
"Forbes" jurnalı hesablama nəticəsində ziyanın dəqiq məbləğini müəyyənləşdirib.

Qeyd edək ki, "Facebook" 19 iyunda saat 13:00-da çökmüşdü. "Facebook"un ümumi auditoriyası 1,3 milyard insandır. Sosial şəbəkəyə gündəlik 800 milyon insan daxil olur.

"Texniki problem səbəbindən istifadəçilər qısa zaman ərzində sosial şəbəkəyə daxil ola bilmədilər. Biz qısa zaman ərzində problemi aradan qaldırdıq. Narahatlığa görə hər kəsdən üzr istəyirik", - deyə "Facebook"un mətbuat xidmətindən bildirilib (ans).


Teqlər:





Xəbər lenti