Quldurlar canlı yayımda studiyaya soxuldular - VİDEO

Quldurlar canlı yayımda studiyaya soxuldular    - VİDEO
  10 Yanvar 2024    Oxunub:994
Ekvadorda maraqlı hadisə baş verib. Ölkədə həbsxanaların yenidən qurulmasına qarşı etiraz və iğtişaşların yaşandığı vaxtda Quayaquil şəhərində TC kanalına basqın olub.
Televiziya kanalının studiyasına daxil olan naməlum maskalı və silahlı şəxslər gündəmə çevriliblər. Hadisənin görüntülərini Kanal 7 televiziyası yayıb.

İnsidentdən bir gün əvvəl prezident Daniel Noboa həbsxanalardakı silsilə iğtişaşlar və təhlükəli dəstə liderinin qaçmasına görə, penitensiar sistem üzərində nəzarəti bərpa etmək məqsədilə silahlı qüvvələrdən yararlanmaq qərarı verib. O, bu səbəbdən ölkədə 60 günlük fövqəladə vəziyyət elan edib.

Ekvador hökumətinin məlum qərarları ayrı-ayrı şəhərlərdə iğtişaşlar dalğasının genişlənməsinə səbəb olub. Ekvador polisi bildirib ki, naməlum şəxslər 24 saat ərzində Kito və Maçala şəhərində 7 polis əməkdaşını qaçırıblar.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ekvador   QUldur   Həbsxana  





Xəbər lenti