“Bugünkü Fələstin ingilis planının nəticəsidir” – Yəhudi politoloq

   “Bugünkü Fələstin ingilis planının nəticəsidir” –    Yəhudi politoloq
  13 Dekabr 2023    Oxunub:3326
“Fələstin” adalanan ərazilər vaxtilə Osmanlı İmperiyasının bir hissəsi idi. Birinci Dünya Müharibəsindən sonra onlar Böyük Britaniyaya verildi. “Fələstin” adı romalılardan gəlib və xristian dünyasına sonradan keçib. Bu ərazidə yaşayan ərəblərin Suriyada yaşayan ərəblərdən və ya İraq sünnilərindən heç bir fərqi yoxdur.
Bu sözləri AzVision.az -a israilli politoloq Abraham Şmuleviç deyib. O xatırladıb ki, Birinci Dünya Müharibəsi zamanı ərəblər türklərə qarşı mübarizədə ingilislərə kömək edirdilər. Onlar türk ordusunun arxa tərəfində üsyan qaldırdılar, hücum edir, dəmir yollarını partladırdılar. Hətta türklər Yerusəlimi tərk edərkən yaralılarını ərəb xəstəxanalarında deyil, yəhudi xəstəxanalarında qoyub getmişdilər.


“Qəzza zolağı ilə nə edəcəyimiz tam aydın deyil” – Yəhudi ekspert

Birinci Dünya Müharibəsi xalqların azadlığı şüarları altında aparıldığı üçün Böyük Britaniya müstəmləkəni sadəcə olaraq özünə götürə bilməzdi. Ona görə də ərəblər üçün vahid sünni dövləti yaratdığını elan etdi. Onun başına ərəb birliklərinin komandiri Kral I Feysəl ibn Hüseyni qoymağa və Fələstin torpağında yəhudilər üçün dövlət yaratmağa söz verdi. Nəticədə sionist təşkilat və ərəblər əməkdaşlıq müqaviləsi imzaladılar. Münasibətlər həqiqətən də əla idi, lakin ingilislər buna qarşı idilər. Britaniya Yaxın Şərqdə əbədi qalmaq istəyirdi. Buna görə də, vahid ərəb dövləti beş yerə bölündü. Onlar İordaniyanın qərbində yəhudi dövlətinin yaradılması üçün nəzərdə tutulan torpaqları “Fələstin” adlandırdılar. Hətta gerbdə də Davudun Ulduzu təsvir edildi.

İkinci Dünya Müharibəsindən sonra İngiltərənin qüdrəti zəiflədi və bu torpaqları saxlaya bilmədi, lakin ingilislər getməzdən əvvəl ərazini ərəblərlə yəhudilərin arasında bölməyə qərar verdilər. Ərəblər bundan imtina etdilər.

“Fələstin Azadlıq Təşkilatı (FAT) İsrailə qarşı müharibə aparır, Sovet İttifaqı bu işdə ona kömək edirdi. Yalnız SSRİ-nin dağılmasından sonra Fələstin Azadlıq Təşkilatı hərbi dəstəyini itirdi və İsraillə danışıqlara getməyə məcbur oldu. Nəticədə Fələstin muxtariyyəti yaradıldı. İbranicə o, Fələstin İnzibati Administrasiyası adlanır. Daha sonra İranın dəstəklədiyi HƏMAS 2007-ci ildə FAT fəallarını sadəcə, öldürdü. HƏMAS heç bir razılaşmanı və ya İsrailin mövcud olmaq hüququnu tanımır. Başqa sözlə, İsraili son nəfərinədək məhv etmək istəyir.
Paytaxtı Ramallah olan İordan çayının qərb sahilinə gəlincə, onların da bütün siyasəti İsraillə mübarizəyə yönəlib. HƏMAS-dan fərqli olaraq, onlar bunu sadəcə, həyata keçirə bilmirlər. Fələstin Azadlıq Təşkilatı terror təşkilatları siyahısından formal olaraq çıxsa da, əslində terrordan əl çəkməyib”,- deyə Şmuleviç bildirib.

Tariyel Həsənov
AzVision.az


Teqlər: İsrail   Qəzza  





Xəbər lenti