"Aylıq 300 dollarlıq limitin azaldılması məqsədəuyğun deyil" - Deputat

   "Aylıq 300 dollarlıq limitin azaldılması məqsədəuyğun deyil" -    Deputat
  04 Dekabr 2023    Oxunub:1307
Şəxsi istehlak üçün rüsum ödəmədən xaricdən gətirilən məhsullar üçün limitlər Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir. Sonununcu dəfə, 2020-ci il avqustunda gömrük limitinin məbləği 1000 dollardan 300 dollara endirildi. Bu limitin dəyişdirilməsi ilə bağlı bir sıra sahibkarlıq subyektləri tərəfindən müraciətlərin olmasına baxmayaraq, onun aşağı salınması məqsədəuyğun deyil.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. O qeyd edib ki, vətəndaşların aylıq 300 dollaradək sifariş etdikləri məhsullar şəxsi istehlak üçündür.

"Bu baxımdan, o məbləğin azaldılması və ya vergiyə cəlb edilməsi heç bir halda məqsədəuyğun hesab olunmur. Digər tərəfdən, qlobal olaraq indi elektron sifarişlərin həcmində artımlar var. Yerli sahibkarlarımız da bu çağrışlara hazır olmalıdırlar.

Sahibkarların rentabelliyi vətəndaşlar üçün müəyyənləşdirilən gömrük limitinin azaldılması hesabına deyil, öz xərclərini minimumlaşdırmaq və xalis rəqabətə hazır olmaq yolu ilə gücləndirilməlidir. Bu baxımdan, vətəndaşlar üçün rüsumsuz aylıq 300 dolların gömrük limitinin dəyişdirilməsinə ehtiyac duyulmur. Sahibkarların rəqabət qabiliyyətini artırmaq üçün digər və daha innovativ mexanizmlərdən istifafə imkanları hər zaman mümkündür".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti