ABŞ müharibədən sonra Qəzzaya rəhbərlik edəcək şəxsi axtarır

   ABŞ müharibədən sonra Qəzzaya rəhbərlik edəcək şəxsi axtarır
  04 Dekabr 2022    Oxunub:195
Vaşinqton hərbi əməliyyatlar başa çatdıqdan sonra Qəzza zolağının idarə olunması üçün müxtəlif variantları nəzərdən keçirir, lakin onların heç biri yaxşı deyil.
Bu barədə Washington Post (WP) yazıb. Qeyd olunub ki, hazırda Amerika prezidenti Co Bayden administrasiyası müharibədən sonra anklavı idarə edəcək birini axtarır, lakin onlar pis variantlar arasından ən yaxşısını axtarıb tampaq istəyirlər.

“Bayden administrasiyası Qəzzada atışma dayandırıldıqdan sonra ərazini kimin idarə edəcəyinə, onun necə yenidən qurulacağına və bəlkə də sonda necə müstəqil Fələstin dövlətinin bir hissəsi olacağına qərar verərkən, maraqlı tərəflər müxtəlif problemlərlə üzləşirlər.

Onlar deyirlər ki, İsrail Qəzzanı idarə etmək işini öz üzərinə götürmək istəmir. Daha yaxşı seçim Fələstin Milli Administrasiyasını prezident Mahmud Abbasın rəhbərliyi altında idarə etmək olardı. Lakin Birləşmiş Ştatlar Qəzza zolağına nəzarətin ərəb dövlətlərinin başçılıq etdiyi beynəlxalq qüvvələrin nəzarətinə verilməsini də istisna etmir”.

AzVision.az


Teqlər:





Xəbər lenti