Brüsseldə Azərbaycan himnini İsveç himni ilə səhv saldılar - Video |
Avro-2024-ün seçmə mərhələsində bu gün Belçikaya qarşı keçirilən matçdan əvvəl Azərbaycanın yox, İsveçin himni səsləndirilib. Bu isə millimizin futbolçularının, məşqçi heyətinin çaşqınlığına səbəb olub. Belçikanın himni səsləndirildikdən sonra səhv aradan qaldırılıb və Azərbaycanın dövlət himni səsləndirilib. Stadionun diktoru bu səhvə görə üzr istəyib.
E.Məmmədli bildirib ki, stadionda səhvən İsveçin himnini veriblər: "Sonra, oyuna başlanılmasını deyirdilər. Bizimkilər dedi ki, "o zaman oynamırıq". Federasiya rəsmiləri düşdülər aşağı ki, himn səslənməsə, meydandan çıxırıq. Ondan sonra himni verdilər. Səhvən DJ ötən oyundan qalma İsveçin himnini verib. Lukaku üzr istədi. Dedi ki, "biz gözləyirik, problem yoxdur. Himn səslənsin".
AzVision.az