Fransız gənələri Azərbaycana gəlməyib - Açıqlama

Fransız gənələri Azərbaycana gəlməyib -  Açıqlama
  17 Noyabr 2023    Oxunub:2481
Bir aydır ki, Fransanın gündəmini yataq gənələri zəbt edib. Sosial şəbəkələrdə Paris sakinlərinin paylaşdığı foto və videolarda hər yanda gənələrin çoxalması göstərilir. Vəziyyət o yerə çatıb ki, artıq Fransa Milli Assambleyasında (parlamentin aşağı palatası) yataq gənələrilə mübarizə haqda qanun layihəsi müzakirəyə çıxarılacaq. Hətta hakimiyyət gənələrlə mübarizə üçün 5 milyon avroluq xüsusi fond yaradır.
Fransa mənGƏNƏ ağzında
Fransa Sanitariya Təhlükəsizliyi Agentliyinin (Anses) məlumatına görə, ölkədə evlərin 10%-dən çoxu yataq gənələrinə yoluxub. Fransızlar çox səyahət etməsi nəzərə alınaraq gənə problemi digər Avropa ölkələrinə yayıla bilər. Parisin gələn il Olimpiya Oyunlarına ev sahibliyi etməyə hazırlaşdığı bir vaxtda gənələrin bütün dünyaya yayılma riski də artır.

Artıq Cənubi Koreyada da yataq gənələrinin dalamaları ilə bağlı şikayətlər qeydə alınıb. Parazit hücumunun əsas versiyası həşəratların Fransadan gətirilməsi ehtimalıdır.

Bəs Azərbaycanda vəziyyət necədir? Gənə dişləmələri barədə şikayətlər olur?

Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən AzVision.az -ın sorğrusuna cavab olaraq bildirilib ki, qeyd edilən xəstəlik Azərbaycan üçün endemik deyil. Ümumiyyətlə, ölkədə qeydiyyata alınan xəstəliklər arasında bu hala rast gəlinməyib.

Aytən Zəhra
AzVision.az


Teqlər:   Fransa   Gənə  





Xəbər lenti