Süni intellekt Qazaxıstandan qanunsuz çıxarılan aktivləri tapacaq

Süni intellekt Qazaxıstandan qanunsuz çıxarılan aktivləri tapacaq
  13 Noyabr 2023    Oxunub:1334
Qazaxıstanın baş prokuroru Berik Asılov prezident Tokayevlə görüşündə süni intellektdən danışıb.
"Akorda.kz"nin yaydığı məlumata görə, o, süni intellektin qeyri-qanuni yolla əldə edilmiş və Qazaxıstandan çıxarılan aktivlərin axtarışına kömək edəcəyini deyib.

"Berik Asılov qanunsuz əldə edilmiş aktivlərin qaytarılması istiqamətində görülən tədbirlər barədə məlumat verib. Xaricə ötürülən aktivlərin axtarışı və qanunsuz sxemlərin üzə çıxarılması üçün süni intellektdən istifadə edən İT texnologiyalarından istifadə olunacaq", - prezidentin mətbuat xidmətinin yaydığı məlumatda yazılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Qazaxıstan  





Xəbər lenti