Sibirdə 18-ci mərtəbədən yıxılan körpə sağ qalıb

   Sibirdə 18-ci mərtəbədən yıxılan körpə sağ qalıb
  13 Noyabr 2023    Oxunub:1263
Novosibirskdə bir yaş yarımlıq uşaq hündürmərtəbəli binanın pəncərəsindən yıxılıb.
Bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin Novosibirsk vilayəti üzrə İstintaq İdarəsi məlumat yayıb.

Hadisə noyabrın 12-də şəhərin Leninski rayonunda baş verib. Oğlan uşağı 18-ci mərtəbənin pəncərəsindən yıxılıb, ilkin məlumatlara görə, hadisə zamanı valideynlər uşaqla birlikdə mənzildə olublar.

Uşaq xəsarətlə xəstəxanaya yerləşdirilib, vəziyyəti barədə məlumat yoxdur. Hüquq-mühafizə orqanları hadisənin başvermə şəraitini araşdırır.


AzVision.az


Teqlər:





Xəbər lenti