Pişiklər yaşlı insanların sağlamlığı üçün təhlükəlidir

   Pişiklər yaşlı insanların sağlamlığı üçün təhlükəlidir
  10 Noyabr 2023    Oxunub:1639
Kolorado Universiteti (ABŞ) və La Korunya Universitetinin (İspaniya) alimləri tədqiqat qrupunun bir hissəsi pişiklərdə geniş yayılmış Toxoplasma gondii parazitinin yaşlı insanlarda arıqlamağa və əzələ kütləsinin itirilməsinə səbəb ola biləcəyini aşkar ediblər.
Araşdırmanın nəticələri Oxford Academic-də dərc olunub. ABŞ və İspaniyadan olan tədqiqatçılar 65 yaşdan yuxarı 601 nəfərdən qan nümunələri götürüb və onların üçdə ikisində pişiklər tərəfindən yayılan parazit Toxoplasma gondii ilə yoluxma əlamətlərinin olduğunu aşkar ediblər.

Bu parazit sinir və limfa sistemlərinin, gözlərin və skelet əzələlərinin zədələnməsi ilə xarakterizə olunan toksoplazmoza səbəb olur.

Parazit insan bədənində uzun müddət qala bilir. Yoluxmuş hər on nəfərdən yalnız birində qripə bənzər xəstəlik və əzələ ağrıları ola biləcək simptomlar inkişaf edir. Toxoplasma gondii pişiklərin bağırsaqlarında çoxalır.


AzVision.az


Teqlər:





Xəbər lenti