Şəmkirdə dəhşətli qəza - 3 ölü

Şəmkirdə dəhşətli qəza - 3 ölü
  16 İyun 2014    Oxunub:1093
Şəmkirin Kür qəsəbəsindən əsas yola çıxan "VAZ 2107" Bakıdan Qazax istiqamətində hərəkətdə olan "Mercedes"in qarşısına çıxıb.
AzVision.az Kəpəz TV-yə istinadən xəbər verir ki, nəticədə hər iki avtomobil toqquşub.

Mikroavtobusla toqquşmadan sonra "VAZ" yolun qarşı tərəfindən gələn "Opel"lə toqquşub. "Opel"də ölənlərdən biri hamilə qadın olub.

Baş vermiş qəza zamanı ölənlərdən 3 nəfərin və yaralananların kimliyi bəlli olub. Bunlar - 8 yaşlı Ağstafa sakini Dərzi Dərziyev, Gürcüstan vətəndaşları 30 yaşlı Fəqanə Quliyeva və 46 yaşlı Rahilə Əsgərovadır.

Yaralılar isə 26 yaşlı Gürcüstan vətəndaşı Fuad Məmmədov, 19 yaşlı Qusar sakini Rəşad Həsrətov, 29 yaşlı Ağstafa sakini Rövşən Quliyev, 28 yaşlı Ağstafa sakini Afaq Dərziyeva, 30 yaşlı Gürcüstan vətəndaşı Mübariz Balacayev, 36 yaşlı Gürcüstan vətəndaşı Natiq Əliyev, 24 yaşlı Gürcüstan vətəndaşı Ceyhun Hüseynov, Ağstafa sakini Aslan Quliyev, 50 yaşlı Gədəbəy sakini Qaçay Yusifov, 28 yaşlı Bakı sakini Anar Rəhimov (TTV-nin əməkdaşı).


Teqlər:  





Xəbər lenti