Yağış buza çevrildi, şəhər "iflic oldu"

   Yağış buza çevrildi,    şəhər "iflic oldu"
  06 Noyabr 2023    Oxunub:1872
Rusiyanın Primorsk diyarında qeyri-adi təbiət hadisəsi baş verib.
Vilayət prokurorluğunun Telegram kanalının yaydığı məlumata görə, Lesozavodsk şəhərinin iki mindən çox sakini buzlu yağışlar səbəbindən elektrik enerjisindən məhrum olub.

Məlumatda qeyd edilir ki, noyabrın 5-dən 6-na keçən gecə yağan yağışdan dərhal sonra havanın temperaturunun aşağı düşməsi nəticəsində 2 mindən çox vətəndaşın yaşadığı 1200-dən çox yaşayış binası enerjisiz qalıb: "Buz qabıqlarının təzyiqi altında qalan 200-ə yaxın ağac zədələnib. Lesozavodski şəhər rayonunda fövqəladə vəziyyət rejimi tətbiq edilib".

Tural Tağıyev AzVision.az



Teqlər: Rusiya  





Xəbər lenti