"Vaqner" İsrail-Fələstin münaqişəsinə daxil olur? - İDDİA
Amerika kəşfiyyat rəsmilərinə əsaslanan xəbərdə "Vaqner"in Livan "Hizbullah"ı ilə birlikdə İsrailə qarşı ikinci cəbhə aça biləcəyi ehtimalı vurğulanıb. Bu səbəbdən "Hizbullah"a hava hücumundan müdafiə sistemi veriləcəyi yazılıb. Amerika rəsmilərinin fikrincə, "Vaqner" "Hizbullah"ı SA-22 sistemində zenit raketləri və hava hücumundan müdafiə silahları ilə təmin edə bilər.
Xəbərdə ABŞ-ın "Vaqner"lə "Hizbullah" görüşlərini diqqətlə izlədiyi bildirilib. Jurnal Rusiya səfirliyindən iddialarla bağlı şərh ala bilməyib.
Bu barədə açıqlama verən Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Adrienne Watson məlumatı “narahatedici” kimi qiymətləndirilib.
Qeyd edək ki, Göndərilməsi planlaşdırılan hava hücumundan müdafiə sistemi "Pantsir" və ya SA-22 Rusiya istehsalıdır. O, zirehli yük maşınının arxasında yerləşdirilə bilər və zenit raketləri və hava hücumundan müdafiə silahlarını vura bilir. Aşağı hündürlükdən hücumların qarşısını alan sistem son illərdə Suriya və Liviyada istifadə olunur.
AzVision.az
Teqlər: