Mövləvi Əbdül Həmid “Qanlı Cümə” işi üzrə ədalətin icrasını tələb edib
Cümə günü çıxışında Əbdül Həmid İranda ədalət və azadlığın “çox həyati əhəmiyyət kəsb etdiyini” bildirdib.
“Mövcud ayrı-seçkilik və bərabərsizliklər aradan qaldırılmalı, siyasi məhbuslar, o cümlədən yazıçılar, jurnalistlər azadlığa buraxılmalıdır” , - Əbdül Həmid deyib.
Beynəlxalq Amnistiya təşkilatının hesabatına əsasən, ötən il noyabrın 4-də baş vermiş “Xaşın Qanlı Cüməsi”ndə İran təhlükəsizlik qüvvələri etirazçılara, ibadət edənlərə və yoldan keçənlərə ölümcül döyüş güllələri atıblar. Nəticədə iki uşaq da daxil olmaqla ən azı 18 nəfər həlak olub, onlarla insan yaralanıb.
Zahidan və Xaşda nümayişçilərə qarşı qanlı hücumlardan sonra Sistan və Bəlucistanın müxtəlif şəhərləri bir ildən artıqdır ki, hər cümə günü bəluc vətəndaşlarının nümayişləri meydanına çevrilir. Təzyiqlərin güclənməsinə baxmayaraq, bu mitinqlər hər həftə davam edir.
AzVision.az
Teqlər: Əbdülhəmid ədalət