Sitrus meyvələrinin gözlənilməz faydaları

   Sitrus meyvələrinin gözlənilməz faydaları
  03 Noyabr 2023    Oxunub:2158
Tasmaniya Universitetinin alimləri bildirib ki, sitrus meyvələrinin istehlakı qan şəkərinin səviyyəsini sabitləşdirir və 2-ci tip diabetdə ağırlaşma riskini azaldır.
Araşdırmanın nəticələri Science Direct -də dərc edilib. Alimlər öz işlərində sitrus meyvələrinin şəkərli diabetdə müalicəvi rolu ilə bağlı 129 araşdırmanı təhlil ediblər. Məlum olub ki, limon, portağal və qreypfrutda olan üzvi birləşmələr orqanizmdə oksidləşdirici stressi və iltihabı azaltmağa kömək edən güclü antioksidant xüsusiyyətlərə malikdir.

Şəkərli diabetdə oksidləşdirici stress (oksidləşmə nəticəsində hüceyrə zədələnməsi prosesi) hiperglisemiya - qanda qlükoza səviyyəsinin artması ilə baş verə bilər. Sitrus meyvələrində olan flavonollar və flavanonlar oksidləşmə prosesini ləngidə bilər.

AzVision.az


Teqlər:





Xəbər lenti