
PKK-nın son hücumunun müxtəlif səbəbləri mövcuddur. Birincisi terrorçu qruplaşma dəfələrlə zərbələrə məruz qalıb və buna cavab verə bilməyib. Türkiyə 2018-ci ildən şimali İraqda PKK terror təşkilatının olduğu ərazilərə nəzarəti təmin etmək üçün Pəncə-Kilid əməliyyatı həyata keçirir. PKK-nın 1990-cı illərin əvvəllərindən məskunlaşdığı dağlıq əraziləri bir-bir itirməsi təşkilatı bir çox aspektlərdə, xüsusilə maliyyə və təchizat imkanlarında zəiflətdi.

Bundan başqa terrorçuların Türkiyə daxilində bütün sahələr üzrə mövqeləri məhv olmaq üzrədir. Belə ki, 5 il əvvəl onlarla, yüzlərlə silahlının olduğu bəzi dağlıq və meşəlik rayonlarda təşkilat yaraqlılarının sayı əllə sayıla biləcək qədərdir. Suriyaya gedib YPG-yə qoşulanlar PUA-larla dənlənir. Ona görə də təşkilat hərbi cəhətdən məğlubiyyətə düçar olur və bu davam edir.
İkinci səbəb kimi maliyyə. Hər bir təşkilatı və qurumu ayaqda saxlayan onun pulunun olmasıdır. Yəni qazancları. PKK terror təşkilatının isə maliyyə resursları qurumağa başlayıb. Çünki, illərdir narkotik də daxil olmaqla qaçaqmalçılıq xətləri ilə böyük gəlir əldə edən PKK bu sahədə nəzarəti itirdiyi üçün maddi problemlər yaşamağa başlayıb.

Bir vaxtlar, xüsusilə İraqın şimalında qaçaqmalçılıq xətləri ilə milyonlarla dollar qazanan, terror təşkilatları arasında “zəngin” kateqoriyasında olan təşkilat indi maliyyə imkanları baxımından zəifləyir. Nəticədə pulu olmayan hər bir şəxs heç nə əldə edə bilmir. Üçüncü - ən ümdə məsələ ideologiya. Artıq PKK-nın insanlara sırıdqları bu seçim cəlbedici deyil. Eyni zamanda təşkilatın yaranmasına səbəb olan iqtisadi, siyasi və sosial şərtlər hazırda mövcud deyil. Bunları da indiki qəbul edəcək də kimsə qalmayıb.

Xüsusilə 40 ildir təşkilatın rəhbərliyində olan, onlarla yeni strategiya açıqlayan və hər dəfə “Türkiyə ordusunu məğlub edəcəyik” deyən qondarma liderlər tərəfindən dəyişiklik ritorikası irəli sürülürsə də, demək olar dəyişən heç nə yoxdur. Və Türkiyə Ordusu qarşısına qoyduğu məqsədlərə tam nail olur.

Rəsmi Ankaranın əsas məqsədi PKK-nın öz sərhədləri yaxınlığına toplanmasının qarşısını almaq üçün cənub cinahında hərbi-ərazi nəzarəti yaratmaqdır. Türkiyənin regionda irəliləməsinə təkan verən kontekst nəzərə alınmaqla əməliyyatların davamını gözləmək lazımdır.
İlkin Nəcəfzadə
AzVision.az