AMADA-nın direktoru Avropa Şurası ölkələrinə müraciət edib

AMADA-nın direktoru Avropa Şurası ölkələrinə müraciət edib
  04 Oktyabr 2023    Oxunub:1221
Latviyanın paytaxtı Riqada Avropa Şurasının təşkilatçılığı ilə antidopinq sahəsində ədalətli məhkəmə üzrə plenar sessiya keçirilib.
Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) AzVision.az -a verilən məlumata görə, tədbirdə ölkəni qurumun direktoru Şəfəq Hüseynli təmsil edib.

Avropa Şurasının baş katibinin müavini Byorn Berge qurumun hazırladığı antidopinq sahəsində ədalətli məhkəmə hüququnun təmin edilməsi sənədinin insan hüquqlarının qorunmasına yönəldiyini vurğulayıb.

Sonra sessiyada Norveç Milli Antidopinq Təşkilatının direktoru Anders Solheim və AMADA-nın rəhbəri Şəfəq Hüseynli bu istiqamətdə görülmüş işlər barədə çıxış ediblər.

Çıxışlar zamanı sənədin mahiyyəti, məqsədi və irəli gələn məsələlər barədə məlumat verilib. AMADA-nın direktoru həmçinin Azərbaycanda bu istiqamətdə qurulmuş və qanunvericilik tərəfindən təmin edilmiş mexanizmlə bağlı xüsusi təqdimatla çıxış edib.

Anders Solheim və Şəfəq Hüseynli antidopinq sahəsində ədalətli məhkəmə hüququnun təmin edilməsi sənədinin hazırlanması üçün Avropa Şurası tərəfindən yaradılmış xüsusi qrupun sədr və sədr müavini olublar.

Qeyd edək ki, Şəfəq Hüseynli hazırda Avropa Şurasının Monitorinq Qrupunun sədr müavinidir və sənədin icrasına operativ nəzarət edir.




AzVision.az


Teqlər:





Xəbər lenti