Oyunların bitdiyi Gün – Azay Quliyevin yazısı

Bu gün 7 iyul 1923-cü ildə Qarabağda qondarma muxtar vilayətin süni şəkildə yaradılması ilə başladılan və düz, 100 il 2 ay 13 gün davam edən, Azərbaycan xalqına ən müxtəlif faciələr yaşatdıran erməni faşizminə, xəstə “miatsum” ideologiyasına və beynəlxalq güclərin oynadığı geosiyasi oyunlara birdəfəlik son qoyulan gündür.
Bu gün etnik separatizmin və işğalın nəticəsi olaraq Qarabağda qurulan oyuncaq rejimin 23 saat 38 dəqiqə içərisində necə məhv edilməsinin və Azərbaycanın qüdrətinin dünyaya nümayiş olunduğu gündür.
Bu gün Ermənistan silahlı birləşmələrinin Azərbaycan ordusunun qarşısında növbəti dəfə təslim olduğu, diz çökdüyü, ağ bayraq qaldırdığı və ölkəmizi birdəfəlik tərk etdiyi gündür.
Bu gün Qarabağın hər yerində Azərbaycanın Konstitusyon quruluşunun bərpa olunmağa başlandığı gündür.
Bu gün “Zəfər Günü”nü tamamlayan Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin, Azərbaycan Ordusunun və qəhrəman Şəhidlərimizin tarixin şərəfli səhifəsinə adlarını qızıl hərflərlə bir daha yazdırdığı şərəfli gündür.
Bu gün Qarabağ uğrunda canlarını fəda edən bütün Şəhidlərimizin ruhunun şad olduğu və tam rahatlıq tapdığı gündür.
Bu gün həm də “İlham Əliyev torpaqlarımızı işğaldan azad edə bilməz, Rusiyanın qorxusundan Qarabağdakı erməni separatçılarını zərərsizləşdirə bilməz, Xankəndində, Xocavənddə, Xocalıda, Əsgəranda və Ağdərədə Azərbaycanın yurisdiksiyasını bərpa edə bilməz” deyən Əli Kərimli kimi milli dönüklərin və xaricilərin əlində alətə çevrilənlərin utanc günü, Azərbaycan xalqından, şəxsən, Prezident İlham Əliyevdən üzr diləməyə və siyasətdən birdəfəlik getməyə borclu olduğu gündür.
Teqlər: Antiterror Qarabağ