Naxçıvanda səhiyyə işçilərinin əməkhaqları bir neçə mənbədən formalaşacaq

Naxçıvanda səhiyyə işçilərinin əməkhaqları bir neçə mənbədən formalaşacaq
  05 Sentyabr 2023    Oxunub:1151
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində tibbi sığorta əsasında fəaliyyət göstərən tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməkhaqları bir neçə mənbədən formalaşacaq.
Bununla bağlı yeni təsdiq olunmuş Qaydalar bu gün Naxçıvan Muxtar Respublikası Xəstəxanasında açıqlanıb.

Bildirilib ki, səhiyyə işçilərinin əməyində iqtisadi səmərəliliyin təmin edilməsi və işin nəticələrinə maddi marağının gücləndirilməsi məqsədilə tibb müəssisələrində tibb və qeyri-tibb işçisinin xidməti fəaliyyətinin iqtisadi və kəmiyyət göstəricilərinə əsasən aylıq həvəsləndirici əlavələr veriləcək. Həkimlərin vəzifə öhdəliklərinin xarakterindən və müvafiq həkim ixtisası üzrə pasiyent müraciətinin qeydiyyatı xüsusiyyətlərindən asılı olaraq həkimlərə həvəsləndirici əlavələr sabit aylıq həvəsləndirici əlavələr və işin nəticələrinə görə aylıq həvəsləndirici əlavələr şəklində ayrı-ayrı hesablanacaq. Beləliklə, səhiyyə işçilərinin, xüsusilə həkimlərin əməkhaqları bir neçə mənbədən formalaşacaq. Aylıq vəzifə (tarif) maaşı, aylıq sabit həvəsləndirici əlavələr, işin nəticəsinə görə həvəsləndirici əlavələr, əmək şəraitinə görə ödənilən əlavə və qanunvericiliklə nəzərdə tutulmuş digər ödənişlər. Həkimlərə verilən işin nəticəsinə görə həvəsləndirici əlavələr göstərilən tibbi xidmətin tarifinə görə dəyişəcək. Tibbi xidmətlərin tarifləri Xidmətlər Zərfi ilə tənzimlənir. Bundan əlavə, həkim cərrahi fəaliyyətlə məşğul olduğu halda icra edilən əməliyyat və tibbi prosedurlara görə də Xidmətlər Zərfindəki tariflərə uyğun olaraq əlavələr alacaq.

Xəstəxanaların kateqoriyalarına gəldikdə isə, muxtar respublika üzrə Naxçıvan Muxtar Respublikası Xəstəxanası və Perinatal Mərkəz yüksək balla qiymətləndirilək 3D kateqoriyasında müəyyənləşib. Digər xəstəxanalar isə müvafiq olaraq 2C, 2D kategoriyasındadırlar.

AzVision.az



Teqlər:





Xəbər lenti