"Biz 10 yeni Aİ üzvünü qəbul etməyə hazır olmalıyıq" - Borrel
"Genişlənmə ideyası bizim müzakirəmizin əsas mövzusu idi. Ukrayna Aİ-nin, Qərbi Balkanların da yeni üzvü olmalıdır. Ukraynadakı müharibə Aİ-nin genişlənməsi prosesini sürətləndirdi. Bu, ləyaqətə əsaslanan bir prosesdir, lakin eyni zamanda, düşünürəm ki, siyasi məqsədləri müəyyən etmək, prosesə təkan vermək yaxşı olardı. Bu, bizə də aiddir. Çünki biz 10 yeni Aİ üzvünü qəbul etməyə hazır olmalıyıq. Bu şərtlər daxilində müəyyən üfüqün müəyyənləşdirilməsi, qəbul üçün vaxt çərçivəsi bizə Aİ ölkələrinin və namizəd ölkələrin səylərini cəmləşdirməyə imkan verəcək”, - Borrel deyib.
AzVision.az
Teqlər: