Devrilən prezidentin evindən külli miqdarda pul tapıldı - VİDEO
Bildirilir ki, Bonqo hərbçilər tərəfindən nəzarətə götürüldükdən sonra onun evində axtarış aparılıb. Nəticədə pulla dolu çamadanlar və çantalar aşkarlanıb.
Xatırladaq ki, avqustun 30-da səhər saatlarında Qabonun yüksək rütbəli hərbçiləri hakimiyyətə gəldiklərini elan ediblər, qiyamçılar arasında Respublika Qvardiyasının, Təhlükəsizlik Xidmətinin, ordunun və polisin nümayəndələri də var. Qiyamçılar avqustun 26-da üçüncü müddətə namizədliyini irəli sürən Əli ben Bonqo Ondimbanın qalib gəldiyi seçkilərin nəticələrini də ləğv ediblər. Onlar, həmçinin prezidentin və ailəsinin ev dustağı olduğunu bildiriblər.
AzVision.az
Teqlər: Qabon