“O, mənim qızım ola bilməz” – Xalq artisti

“O, mənim qızım ola bilməz” – Xalq artisti
  07 İyun 2014    Oxunub:2999
Nə mən sizi görmüşəm, nədəki siz məni

Xalq artisti Nurəddin Mehdixanlı aktrisa və aparıcı Kəmalə Quliyevanın onun qızı olması ilə bağlı yayılan söz-söhbətlərə yenidən münasibət bildirib.

AzVision.az-ın məlumatına görə, son günlər mətbuatda yazılan xəbərlərə Xalq artisti facebook səhifəsində aydınlıq gətirib.

O, bildirib ki, özünə Nurəddin Mehdixanlının qızıyam deyən kəs, bu cür qəbul edilməz hərəkətə yol verə bilməz.

-Artıq bir neçə gündür ki, mənə qarşı sosial şəbəkələrdə və bəzi saytlarda mənəvi terror mexanizmi işə salınıb, buna səbəb isə sosial şəbəkələrdə Kəmalə Quliyevanın dekolte ilə çəkilmiş xoşa gəlməz şəkillərinin yerləşdirilməsi və altından da onun mənim qızımın olduğunun qeyd edilməsi və mənim buna etirazım olmuşdur. Bəli, mən bir daha təkrar edirəm, özünü bu sayaq yarı çılpaq şəkillərlə təqdim edən ve bu əməliyə fəxr edən hər kim olursa olsun, doğmam olsa belə mənim qızım ola bilməz.

Özünə Nurəddin Mehdixanlının qızıyam deyən kəs, bu cür qəbul edilməz hərəkətə yol verə bilməz. Və mən buna qəti şəkildə etiraz etmişəm. Kəmalə Quliyeva bu etirazı gözləyirmiş kimi bütün sosial şəbəkələrdə müsahibə verməyə, fikirlər bildirməyə başlamışdır. Və buna bənd imiş kimi komanda alınmış sayaq bəzi saytlar sosial şəbəkələrdə mənim təhqir olunmağım, şəxsiyyətimin alçaldılması olümünə təşnə olduqları bir adamı öldürmək üçün şərait yaradıblar. Hər kəsin səhvləri, günahları ola bilir. Amma insanları kökündən və səbəbindən xəbərdar olmayan 58 yaşlı bir insanı sənət adamını, bütün ömrünü, həyatını, sağlamlığını, millətinin mədəniyyətinə sərf etmiş insanı terror vasitəsi ilə qatil etmək nə dərəcədə ədalətli və doğrudur.

Xalq artisti bildirib ki, sosial şəbəkələrdə yarıçılpaq şəkildə özünü reklam edən Kəmalə Quliyeva onun qızı ola bilməz:

“Mənim qızım belə ola bilməz. Mənim qızım belə olmamalıdır. Məyər mən səhv etmişəm? Qətiyyən. Mən bu məsələdə özümü haqlı sayıram. Kamran Quliyevdən soruşuram sən Kəmalə Quliyevanın qardaşı olaraq onun bu yarı çılpaq vəziyyətdə olan şəkillərini ve davranışını qəbul edirsənmi? Bəlkə də sən qəbul edirsən, amma mən qəbul etmirəm. Heç vaxt da etməyəcəm. Kamran Quliyev Kəmalə Quliyeva hər kəsin gənclik xətaları ola bilir. Nümayiş elətdirdiyiniz sənətlər əllərinizdə tutub hamıya göstərməyə çalışdığınız o sənədlər düz də ola bilir, saxta da ola bilir.

Amma artıq 30 ildən artıqdır ki, o sənədlər sizin və mənim həyatımda nələrisə dəyişdirmək qüdrətində deyil. 30 il müddəti ərzində nə mən sizi görmüşəm, nədəki siz məni. Bu 30 il ərzində nə mən sizin yanınızda bircə gün olmuşam. Nədəki siz mənim yanımda bircə gün olmamısınız. Sən ümumiyətlə, məni həyatda görməmisən. Kəmalə Quliyevanın etdiyi bu hərəkətdən sonra. Bundan sonra da belə davam edecek. Əgər mən sizin yanınızda deyiləmsə, o nümayiş etdirdiyin sənədlər nəyə lazımdı. Bəlkə də Kəmalə Quliyeva nələrsə ümid edirdi, amma o, bütün körpüləri uçurtdu. Məni sosial şəbəkələrdə ən ağır şəkildə təhqir etdirtdi, söydurdu, alçaltdı. Bir qız atası adlandırdığı bir insanın bu sayaq təhqir olunmasına necə şərait yaratdı?. Heç bir qız lap belə sevmədiyi atasına belə bu təhqirləri yaşatmazdı. Artıq ne etməli olan oldu, hər tərəfin mövqeyi belədir, istəyirəm bir şeyi biləsən. Mən sizin düşməniniz deyiləm, heç zaman da olmayacam. Bu sayaq pisliklər mənim əlimdən gəlməz. Amma gün gələcək sizi qızışdırıb ortalığa salanlar, sizi əllərində oynadanlar, sizin sayənizdə məni təhqir etməklə reytinq qazanmağa çalışanlar istədiklərinə nail olanlar çəkilib yox olacaqlar. O vaxt çox peşman olacaqsan Kəmalə Quliyeva. Amma o peşmançılıq heç nəyi dəyişməyəcək. Həm də səni başa düşdüm, yaxşı başa düşdum. Sənə çəkilmiş olduğun seriallar üçün reklam lazım idi. Və sən bunu Nurəddin Mehdixanlının adı ilə etdin. Seriallar gəlib, gedər amma atam dediyin Nürəddin Mehdixanlı sənin üçün ölmüşdür.

Məni heç kim narahat etməsin

Xalq artisti mətbuata çağırış edərək bildirib ki, bu məsələ ilə bağlı onu narahat etməsinlər.

O, ailəsinin yalnız beş nəfərdən ibarət olduğunu qeyd edib və mətbuatdan məsələ ilə bağlı onu narahat etməməsini tələb edib:

“Mənim ailəm 5 nəfərdən ibarətdi. 1988-ci ildə ailə qurmuşam. Həyat yoldaşım müəllimədir. Bu dünyanın ən sədaqətli və etibarlı qadınlarından biridir. Onun üçün hər an həyatımı qurban verməyə hazıram. İki qızım, bir oğlum var. Əxlaq və tərbiyələri onları tanıyanlara bəllidir. Alınları öpüləsi, həyatımın mənası olan qızlarım Ayturan və Alagöz. Oğlum Ərturan. Məndən sonra ocağıma sahib duracaq kişi. Və bu ailənin birliyi ve bütövlüyünə kimsə toxuna bilməz, poza bilməz. Bu ailənin ünvanına kimsə ləkə gətirə bilməz. Məni bu günlərdə bu məsələ ilə bağlı müdafiə edən, mənim şəxsiyyətimi və sənətimi nəzərə alaraq, saytlarda, sosial şəbəkələrdə, mətbuat səhifələrində təhqir olunma imkanı verməyən hər kəsə, hər kişiyə, hər qadına, hər sayt rəhbərinə özüm və ailəm adından təşəkkür edirəm. Bunun əksini edənləri isə Allaha tapşırır, vicdanlarının ixtiyarına buraxır, Azərbaycanda şərəf və ləyaqətin təhqir olunmasınma görə, qanunların mövcud olduğunu xatırlayıram. Bəzi saytlarda təhqir olunmağımın dayandırılmasını tələb edirəm və bu mənəvi terror nəticəsində sağlamlığı ilə kifayət qədər ciddi problemləri olan mənim həyatıma təhlükə yaranarsa nəticədə başıma bir iş gələrsə, bunun məsuliyyətini , bu mənəvi terroru başlayan və davam edənlər, etdirənlər daşıyacaqlar. Bu məsələlərlə bağlı deyəcəyim son sözümdür. Xahiş edirəm, bu məsələdən şou düzəltəməyi bitirin. Və bu məsələylə bağlı heç kim narahat etməsin”.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti