İki uşaq anası intihar etdi - TƏFƏRRÜAT

İki uşaq anası intihar etdi - TƏFƏRRÜAT
  06 İyun 2014    Oxunub:1348
Şəkidə ailə faciəsi baş verib. Gənc ana iki azyaşlı övladının gözü qarşısında intihar edib. Qadının həyat yoldaşı isə baltaya əl atıb
AzVision.az ANS TV-ə istinadən xəbər verir ki, Şəkinin Kiş kəndində 21 yaşlı Rəvanə İdirsova yaşadığı evin həyətyanı sahəsindəki təndirxanada özünü asaraq intihar edib. Mərhumun iki azyaşlı körpəsinin gözü qarşısında bu yolu seçməsinin səbəbləri məlum olmasa da, hadisədən sonra mərhumun həyat yoldaşı Faiq İdrisov da özünə qəsd etməyə cəhd edib. Belə ki, o başına balta ilə bir neçə dəfə zərbə endirərək, özünə xəsarət yetirib və ağır vəziyyətdə rayon xəstəxanasına çatdırılıb.

Həkim Zahir Əliyev deyir ki, balta ilə özünə xəsarət yetirən Faiq İdrisov başı təcili olaraq tamaqrafiya olunduqdan sonra məlum olub ki, xəstənin başının təpə nahiyəsində 4 -5 kəsilmiş, çapılmış yara var.

Faiq İdrisovun dayısı bildirdi ki, uzun müddət ailədə söz-söhbət olub. Çünki Faiq İdrisovun daimi iş yeri olmayıb. O, yalnız iş tapanda fəhlə kimi işləyib və çox az pul qazanıb. Bu isə mərhumun həyat yoldaşının valideynlərinin daim narazılığına səbəb olub.

6 ay Rəvanə İdrisova öz atası evində yaşayıb. Dayının sözlərinə görə, Rəvanə İdrisova yalnız iki gün əvvəl öz evinə qayıdıb. Dolanışıqları ağır olan Faiq İdrisov isə işləmək üçün Bakı şəhərinə getmək istədiyini bildirib. Bu zaman Rəvanə İdrisova da onu Bakıya aparmasını tələb edib.

Dayısı Əziz Musayevin sözlərinə görə, Rəvanə İdrisovanın atası gündə gəlib deyirdi ki, mənim qızımı ac-susuz saxlayırsız, bacım oğlu da deyirdi ki, mən fəhləyəm günümə 5 AZN qazanıram, gücüm buna çatır.

Rəvanənin yaxınları isə 21 yaşlı qadının ölümündə həyat yoldaşı Faiq İdrisovun günahkar olduğunu iddia edirlər.

İki azyaşlı uşaq anası olan Rəvanə İdrisovanın hansı səbəbdən özünə qəsd edərək intihar etməsini və ya ölümündə kimin günahkar olmasını isə rayon prokurorluğu araşdırır.

Rayon prokurorluğundan verilən məlumata görə, Cinayət Məcəlləsinin 125-ci özünü öldürmə həddinə çatdırma maddəsilə cinayət işi başlanıb, araşdırma aparılır.


Teqlər:





Xəbər lenti