Ərinə ikinci arvad hədiyyə etdi, polisə çağırıldı – VİDEO
Özbəkistanın sosial şəbəkələrində sürətlə yayılan video böyük qalmaqala səbəb olub. Çünki Özbəkistanda ikiarvadlılıq rəsmən cinayət hesab olunur. Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə bu əmələ görə böyük miqdarda cərimə və 3 ilədək həbs nəzərdə tutulub.
İnsanlar bu hərəkətə görə qadının cəzalandırılmasını tələb ediblər. Polis bölməsinə dəvət olunan qadın belə bir izahat verib ki, blogerdir və bu yolla baxış sayını artırmağa çalışıb.
Növbəti videosunda məsələyə aydınlıq gətirmək və üzr istəmək şərti ilə onu buraxıblar.
Samir Quliyev
AzVision.az
Teqlər: Allah-ağıl-versin