31 yaşında karyerasını bitirdi: "Həyatımda yeni səhifə açmaq vaxtıdır"

  31 yaşında karyerasını bitirdi:  "Həyatımda yeni səhifə açmaq vaxtıdır"
  08 Avqust 2023    Oxunub:1379
Azərbaycanın Olimpiya medalçısı 31 yaşında karyerasını başa vurub.
Azərbaycanın tanınmış cüdoçusu Rüstəm Orucov idmançı karyerasını başa vurub.

31 yaşlı idmançı bu barədə özünün “Facebook” hesabında paylaşım edib.

R.Orucov yazıb:

“Unudulmaz illər idi və mən cüdonu seçdiyim, böyük arenalarda bayrağımızı dalğalandırmaq şərəfinə nail olduğum üçün çox xoşbəxtəm!

Ancaq hər səyahətin bir sonu da olur.

Avqustun 8-i Olimpiya medalı qazandığım gündür və məhz bu gün böyük idmanla vidalaşıram.

Bu illər ərzində mənə dəstək olan hamıya ürəkdən təşəkkürümü bildirirəm!

Nə yaxşı ki, varsınız!

İndi isə həyatımda yeni səhifə açmaq vaxtıdır”.

Xatırladaq ki, bir dəfə Avropa çempionu olan R.Orucov 2016-cı ildə Rioda keçirilən Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb. O, iki dəfə dünya çempionatında da ikinci yeri tutub.
AzVision.az


Teqlər:





Xəbər lenti