Ov mövsümü başladı - Nazirlikdən xəbərdarlıq

Ov mövsümü başladı - Nazirlikdən xəbərdarlıq
  05 İyun 2014    Oxunub:1344
Azərbaycan Respublikası ərazisində 2014-2015-ci illər üçün ov mövsümü 31 may 2014-cü il tarixindən etibarən açıq elan edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, respublika ərazisində 2014-2015-ci illərin ov mövsümündə vəhşi heyvanların ovlanması müddətləri və normaları aşağıdakı kimi müəyyən olunub;

• Təkə 31 may - 18 oktyabr 2014-cü il tarixlərində; 1 baş (3 nəfərdən az olmayan qrup ovçulara);

• Qaban (çöl donuzu) 20 sentyabr - 20 dekabr 2014-cü il tarixlərində, 1 baş (3 nəfərdən az olmayan qrup ovçulara);

• Dovşan 15 noyabr 2014-cü il - 09 yanvar 2015-ci il tarixlərində, 2 baş (adambaşına);

• Bataqlıq qunduzu (nutriya) 11 oktyabr 2014-cü il - 21 fevral 2015-ci il tarixlərində (nutriya təsərrüfatı olan təşkilatlara volyerlərdə saxlamaq üçün);

• Çaqqal və yenotun sayının tənzimlənməsi məqsədilə onların ilboyu ovlanmasına icazə verilir.

Vəhşi heyvanların sayının tənzimlənməsi məqsədilə ov edilməsinə aşağıda göstərilən regionların müvafiq ov sahələrində və ovçuluq təsərrüfatlarında icazə verilir:

• Qaban (çöl donuzu) - Lənkəran, Astara, Lerik, Qax, Cəlilabad, Zaqatala, İmişli, Quba, Xaçmaz, Neftçala, Yardımlı, Şəki, İsmayıllı;
• Təkə - Zaqatala, Şəki, Qax, Quba, İsmayıllı, Oğuz ;
• Dovşan - Dəvəçi, Kürdəmir, Salyan, Neftçala, Cəlilabad, Biləsuvar, Yevlax, Lənkəran, Zaqatala, Ağstafa, Qazax, Zərdab, Masallı, Quba, Xaçmaz, İmişli, Sabirabad, Saatlı.
Birdəfəlik ov icazəsinin qiyməti aşağıdakı kimi müəyyən edilib:
• Dovşan 2 manat 20 qəpik;
• Çaqqal 3 manat 96 qəpik;
• Yenot və qunduz 1 manat 65 qəpik;
• Təkə 24 manat 75 qəpik;
• Qaban (çöl donuzu) 16 manat 50 qəpik.

Qeyd edək ki, ov üçün icazə Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti və Ərazi Ekologiya və Təbii Sərvətlər şöbələrindən alınmalıdır. Ağdam, Xanlar, Goranboy, Daşkəsən, Gədəbəy və Tərtər rayonlarında, Xəzər dənizinin adalarında, yaşıl zonalarda, xüsusi mühafizə olunan ərazilərdə, şəhərlərin və kurort ərazilərinin ətrafındakı 1 kilometrə qədər sahələrdə ov qadağan edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti