Yeni “iPhone”nun üstünlükləri

 Yeni “iPhone”nun üstünlükləri
  31 İyul 2023    Oxunub:2156
“Apple” təmiri asanlaşdırmaq üçün “iPhone 15 Pro”nun daxili dizaynında dəyişikliklər edib, həmçinin cihazın kənarları üçün material kimi titan seçib.
Bu barədə “Bloomberg”in jurnalisti və nüfuzlu insayder Mark Qurmanın yazısında deyilir. Mənbəyə görə, “iPhone 15 Pro” əvvəlki modellərdə istifadə edilən paslanmayan poladdan daha möhkəm, yüngül və daha yüksək keyfiyyətli material olan titan kənarlarla əhatə olunacaq.
Titan artıq “Apple Watch”da istifadə olunub və öz effektivliyini göstərib. Bundan əlavə, “iPhone 15 Pro”nun arxa tərəfində sərt şüşə ilə yanaşı daha az iti kənarları olacaq.

Qurman həmçinin təsdiqləyib ki, iPhone 15 Pro, “Lightning” konnektorunu “USB-C” ilə əvəz edəcək. Bu da telefon üzərindən məlumat ötürmə sürətini artıracaq. Lakin bu, “Lightning” kabelinə öyrəşmiş və illər ərzində çoxlu sayda belə aksessuarlar toplayan istifadəçilər üçün narahatlıq yarada bilər.

Digər yeniliklər arasında insayder yeni linzaları və böyüdülməsi ilə təkmilləşdirilmiş əsas kameranı, həmçinin müasir düymələri adlandırıb.

AzVision.az


Teqlər:





Xəbər lenti