İçində 30 min dollar gizlətdiyi divanını xeyriyyə üçün bağışladı

İçində    30 min dollar gizlətdiyi    divanını xeyriyyə üçün bağışladı
  28 İyul 2023    Oxunub:1740
Avstraliyada yaşayan yaşlı bir kişi divanını xeyriyyəçilik üçün kiməsizlərə bağışlayıb. Amma sonradan divanın içində 30 min dollar gizlətdiyini xatırlayıb.
AzVision.az xəbər verir ki, bu barədə LADBible məlumat yayıb. İndi təqaüdçü ümid edir ki, mebelin yeni sahibi pulu qaytaracaq.

"Corc adlı kişinin sözlərinə görə, o, evdə təmir işləri aparırmış. Ona görə də köhnə divandan yaxa qurtarmaq qərarına gəlib. Mebeli atmağa hayıfı gəlib. Bu səbəbdən Corc qərar verib ki, əşyasını ehtiyacı olanlara bağışlasın. Lakin bir neçə gün sonra təqaüdçü həmin divanda 30 min dollar saxladığını xatırlayıb", - nəşr yazıb.

"Düzünü desəm, bu qədər axmaq olduğuma inana bilmirəm", - avstraliyalı özünü tənqid edib.

Təəssüf ki, Corc mebelin kimə verildiyini öyrənə bilməyib. İndi yaşlı kişi ümid edir ki, divanın yeni sahibi pulu tapandan sonra onu geri qaytaracaq. Təqaüdçü bununla bağlı sosial şəbəkələrdə də bir neçə paylaşım edib. O, pulu qaytaranlara mükafat da təklif edib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Divan  





Xəbər lenti