"Dünyanın 50 faiz ölkəsində COVID-ə yoluxma qeydə alınmayıb" - ÜST
Qeyd olunur ki, 2022-ci ilin ortalarından etibarən yoluxanların sayı durmadan azalır.
“Son 28 günlük müddət ərzində (26 iyun - 23 iyul 2023-cü il) ölkə və ərazilərin 52%-i (234-dən 122-si) ən azı bir hadisə barədə məlumat verib".
Təşkilatın məlumatına görə, 26 iyun - 23 iyul tarixlərində qlobal miqyasda 868,000 yeni COVID-19 hadisəsi və 3,700 ölüm faktı qeydə alınıb.
"ÜST-nin beş regionunda həm yoluxma hallarının, həm də ölüm hallarının azaldığını bildirsə də, Qərbi Sakit okean regionu üzrə yoluxma və ölüm halları artıb", - ÜST bildirib.
Qeyd edək ki, 23 iyul 2023-cü il tarixinə görə dünyada 768 milyondan çox COVID-ə yoluxma və 6,9 milyondan çox ölüm halı qeydə alınıb.
AzVision.az
Teqlər: