Blinken: "Kiyevə F-16 veriləcək"

    Blinken:    "Kiyevə F-16 veriləcək"
  24 İyul 2023    Oxunub:898
Ukraynaya Amerika F-16 qırıcıları veriləcək. Lakin onların çatdırılması prosesi bir neçə ay çəkəcək.
AzVision.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken CNN telekanalına müsahibəsində bildirib.

Dövlət katibi deyib ki, “F-16 ilə bağlı qərar sabah verilsə belə, onların qəbulu və istifadə prosesi uzun müddət çəkəcək”. Onun sözlərinə görə, söhbət təlimlər, texniki xidmət, döyüşçülərin silahlı əməliyyatlarda istifadəsi imkanlarının olmasından gedir və bütün bunlar vaxt tələb edir.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna  





Xəbər lenti