Hava pisləşir, yağış yağacaq
Gecə yarımadanın ayrı-ayrı yerlərində şimşək çaxacağı ehtimalı var. Güclü şimal-qərb küləyi axşam mülayimləşəcək. Havanın temperaturunun gecə 16-20, gündüz 22-26 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında iyunun 04-də şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə güclənəcək.
Havanın temperaturunun gecə 15-20, gündüz 25-30, dağlarda gecə 7-12, gündüz 16-21 dərəcə isti olacağı gözlənilir.
AzVision.az