Avropa Parlamenti Rusiya idmançılarını Olimpiadada görmək istəmir

Avropa Parlamenti Rusiya idmançılarını Olimpiadada görmək istəmir
  19 İyul 2023    Oxunub:925
Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsi Rusiya və Belarus idmançılarının 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarından kənarlaşdırılmasını tələb edən hesabatı təsdiqləyib.
Həmçinin Avropa Parlamentinin deputatları Rusiya və Belarus idmançılarını digər beynəlxalq yarışlara buraxmamağa çağırırlar. 2024-cü il Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.

2022-ci il fevralın sonunda Beynəlxalq Olimpiya Komitəsi (BOK) beynəlxalq idman federasiyalarına müraciət edərək, Rusiya və Belarus idmançılarını heç bir yarışa buraxmamağı tövsiyə edib.

AzVision.az


Teqlər:





Xəbər lenti