“Atamın arzusu ürəyində qaldı” – Toğrul Nərimanbəyovun qızı
Mərhumun qızı Əsmər Nərimanbəyova mərasimdə çıxış edərək atasının ən böyük arzusunun həyata keçmədiyini bildirib.
“Atam bu dünyadan bir il əvvəl köçdü, artıq yoxdur. Atamın ancaq bir istəyi var idi, bir gün əcəl gələndə öz vətənində dəfn olunsun. Amma atamın bu arzusu təəssüf ki, bizim istəklərimizə baxmayaraq, yerinə yetirilmədi”.
T.Nərimanbəyovun qızı Azərbaycan dövlətinə müraciət edərək atasının nəşinin vətənə gətirilməsini xahiş edib.
Qeyd edək ki, 1930-cu ildə Bakı şəhərində anadan olan T.Nərimanbəyov ötən ilin iyunun 2-də Fransada dünyasını dəyişib. Rəssam Parisin mərkəzində yerləşən Passi qəbiristanlığında dəfn olunub.
Sevinc İltifatqızı