Ekspertlər artıq indidən əminliklə qeyd edirlər ki, Əsəd qalib gələcək. Əhali arasında aparılan sorğunun nəticələrinə görə, onu 70 faiz suriyalı dəstəkləyir. Ölkədə səsvermə hüququna malik olanların sayı 16 milyona yaxındır.
Qeyd edək ki, Rakki rayonundan başqa Suriyanın bütün regionlarında seçki məntəqələri yerli vaxtla saat 7: 00-dan fəaliyyətə başlayıb. Rakki rayonu hazırda silahlı müxaliflərin nəzarəti altındadır.
Səbinə Həsənova