Vitse- prezident Poroşenkonun andiçməsinə qatılacaq

Vitse- prezident Poroşenkonun andiçməsinə qatılacaq
  03 İyun 2014    Oxunub:1006
ABŞ-ın vitse-prezidenti Cozef Bayden Ukraynanın yeni seçilən prezidenti Pyotr Poroşenkonun inauqurasiya mərasimində iştirak etmək məqsədilə Kiyevə gələcək.
AzVision.az-ın məlumatına görə, bu barədə öz “Twitter” hesabında ABŞ-ın Rusiyadakı sabiq səfiri Maykl Mak Fol bildirib.

O, həmçinin qeyd edib ki, devrilmiş prezident Yanukoviçin inauqurasiya mərasimində ABŞ-ı daha aşağı ranqlı məmur – ABŞ- prezidentinin Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyms Cons iştirtak edib.

Qeyd edək ki, ABŞ-ın vitse-prezidenti Baydenin oğlu bu ildən Ukrayna neft-qaz şirkətində işləyəcək.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti