Luqansk bombalandı - 5 ölü, 10 yaralı, VİDEO

Luqansk bombalandı - 5 ölü, 10 yaralı, VİDEO
  03 İyun 2014    Oxunub:1163
Ukrayna hərbi təyyarələri Lugansk bölgəsində separatçıların nəzarəti altında olan binanı bombalayıb.
Hücm nəticəsində 5 nəfər ölüb, 10-u yaralanıb.

Şərq sərhədlərində hücum əməliyyatlarına başlayan Ukrayna ordusu günboyu kritik nöqtələri atəşə tutub. Ukrayna hərbi təyyarələri axşam saatlarında separatçıların nəzarətində olan inzibati binanı bombalayıb. Bombalama nəticəsində binada yanğın baş verib. Xilasetmə qüvvələri yanğına müdaxilə edib.

Qeyd edək ki, bu gün səhət saatlarında da Luqanskda təxminən 200 ruspərəst qüvvələr gömrük məntəqəsinə hücuma keçib və çoxlu sayda insan həyatını itirib.(Axar.az)




Teqlər:





Xəbər lenti