120 Ukrayna hərbçisi separatçılara təslim oldu

120 Ukrayna hərbçisi separatçılara təslim oldu
  02 İyun 2014    Oxunub:982
Luqansk şəhərində sərhəd qoşunlarının hərbi hissəsinə hücum zamanı Ukrayna silahlı qüvvələrinin 120 hərbçisi separatçılara təslim olub.
Bu barədə Azvision.az Rusiya KİV-nə istinadən xəbər verir.

Əsir götürülən hərbçilərin sözlərinə görə, hərbi hissədə separatçılara qarşı yalnız “Sağ sektoru”nüzviləri müqavimət göstərir. Onların sözlərinə görə, “Sağ sektoru”n yaraqlıları arasında snayperlər də var və onlar təslim olmaq istəyənləri dərhal güllələyirlər.

Hazırda separatçılar hərbi hissəyə hücumu davam etdirir, müdafiə olunan əsgərlərə qarşı bütün mümkün silahlardan istifadə edirlər.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti