Ermənistan Avrasiya İttifaqına Qarabağsız gedəcək
AzVision.az erməni mətbuatına istinadla xəbər verir ki, Ermənistanın iqtisadiyyat naziri Karen Çşmarityan ölkəsinin Azərbaycan qarşısında acizliyini etiraf edib. Ermənistan parlamentində jurnalistlərin “Ermənistanın Avraisya İttifaqına Qarabağsız qoşulması Yerevanı narahat etmirmi ” sualına K. Çşmarityan elə sualla da cavab verib.
“Məgər, biz hansısa beynəlxalq təşkilata Qarabağla birgə qoşulmuşuq? Nə vaxt belə olub ki?! Nə MDB-yə, nə Ümumdünya Ticarət Təşkilatına, nə də bir başqasına Qarabağla birgə qoşulmamışıq. Biz istəsək də bu mümkün deyil, imkan verməzlər” - erməni nazir deyib.
Bununla yanaşı Karen Çşmarityan, “Ermənistanla “Dağlıq Qarabağ” arasında gömrük məntəqəsi olmayacağını da açıqlayıb.
Səbinə Həsənova