Məşhur `pirat` tutuldu

Məşhur `pirat` tutuldu
  02 İyun 2014    Oxunub:1002
Məşhur torrent-treker olan `The Pirate Bay` saytının yaradıcılarından biri və keçmiş sözçüsü Peter Sunde İsveçin Malmö şəhərində həbs olunub.
İki il yarım idi ki, İnterpol `The Pirate Bay` işinə görə onu axtarırdı.

Haqqında məhkəmə hökmü olan Piter Sunde son iki ili Almaniyada yaşayır və tez-tez İsveçə qohumlarının yanına gedirdi.

İndi məşhur `pirat`ı 8 ay həbs gözləyir.

AzVision.az


Teqlər:





Xəbər lenti