Luqanskda ağır döyüşlər gedir

Luqanskda ağır döyüşlər gedir
  02 İyun 2014    Oxunub:837
Ukraynanın Luqansk şəhəri ətrafında artıq dörd saatdır ki, separatçılar və Ukrayna ordusunun əsgərləri arasında ağır döyüşlər gedir.
Bu barədə AzVision.az Rusiya KİV istinadən xəbər verir.

Döyüşlər səhər saatlarında başlayıb. Separatçılar şəhərdə yerləşən Ukrayna sərhəd qoşunlarına məxsus hərbi hissəni ələ keçirməyə cəhd edirlər. Döyüşlər zamanı odlu silahlar, minaatanlar və s. iri kalibrli silahlardan istifadə olunur.

Şəhər sakinləri artıq öz evlərini tək etməyə başlayıb. İlkin məlumatlara görə, döyüşlər zamanı bir separatçı öldürülüb, bir neçəsi isə yaralanıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti