Əsgər əsgəri bıçaqladı

Əsgər əsgəri bıçaqladı
  02 İyun 2014    Oxunub:1137
Azərbaycan Ordusunun əsgəri hərbçi yoldaşını bıçaqlayıb.
Hadisə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində qeydə alınıb.

Hərbi hissənin əsgəri, müddətdən artıq xidmət edən hərbi qulluqçu Tural Əlövsət oğlu Bayramov aralarında yaranmış mübahisə zəminində hərbçi yoldaşı, müddətdən artıq xidmət edən hərbi qulluqçu Mahir Yaqub oğlu Rüstəmovu bıçaqlayıb. Yaralı hərbçi hospitala yerləşdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Yaralının hərbçinin vəziyyəti kafi qiymətləndirilir.


Teqlər:  





Xəbər lenti