Müxalifətdə əlbəyaxa dava - FOTOLAR

Müxalifətdə əlbəyaxa dava - FOTOLAR
  02 İyun 2014    Oxunub:903
Türkiyənin Niğde bölgəsinin Bağlama bələdiyəsində yenidən keçirilən seçkilər başa çatdıqdan sonra iki müxalifət partiyası arasında əlbəyaxa dava olub.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Milliyyətçi Hərəkat Partiyası (MHP) və Cümhuriyyət Xalq Partiyası (CHP) üzvləri arasında yaranan qarşıdurmaya jandarma müdaxilə edib.

Qarşıdurma zamanı məktəbin qarşısındakı iki sərnişin avtomobilinə də ziyan dəyib. Hadisə zamanı bir neçə nəfərin yaralandığı bildirlir.

Qeyd edək ki, təkrar baş tutan bələdiyyə seçkilərinin ilkin nəticələrinə görə, adı çəkilən bölgədə MHP-nin namizədi Murat Karakuzu 17 səs fərqlə qalib gələrək bələdiyyə sədri seçilib.
Qeyri-rəsmi nəticələrə görə, Murat Karakuzu 698 səs, CHP-li Mammer Afşar 681 səs, Ədalət və İnkişaf Partiyasının namizədi Ahmet Erdoğan isə 52 səs toplayıb.

Fatimə Kərimli

Qalereya




Teqlər:  





Xəbər lenti