`ASAN`-dan yenilik: SMS məlumatlandırma

`ASAN`-dan yenilik: SMS məlumatlandırma
  02 İyun 2014    Oxunub:1110
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzlərində növbəti innovativ tətbiq - SMS məlumatlandırma funksiyası təmin edilib.

SMS məlumatlandırma “ASAN xidmət” mərkəzlərində müvafiq xidmətlər üzrə növbə götürmüş vətəndaşların öz növbə müddətinin yaxınlaşması barədə məlumatlandırılmasına imkan yaradır. Belə ki, mərkəzlərdə müvafiq xidmətlər üzrə növbə götürülən zaman şəxs mobil nömrənin yazılması qeyd olunan xananı doldurmaqla SMS məlumatlandırma funksiyasından yararlana bilər.

Mobil nömrə qeyd edildikdən sonra şəxs öz növbəsinin çatmasına 5 və daha çox növbə sayı üçün xəbərdarlıq edilməsi ilə bağlı sorğunu cavablandırmalı və növbə biletini çap etdirməlidir. Bundan sonra şəxs öz növbə müddətinin çatmasına müvafiq olaraq seçdiyi növbə sayı qaldığı zaman mobil telefonuna gələn SMS vasitəsi ilə məlumatlandırılacaq.

SMS məlumatlandırma vasitəsi ilə ASAN xidmətlərdən faydalanmaq istəyən şəxslər zamanlarının daha da səmərəliliyini təmin etmiş olarlar.


Teqlər:  





Xəbər lenti