Britaniya Avropa Birliyindən çıxır
Onun sözlərinə görə, Luksemburqun keçmiş baş naziri Klaude Junker Avropa Komissiyasının növbəti prezidenti olarsa, ölkəsinin Avropa Birliyində qalmasına zəmanət vermir:
"1980ci illərin sifəti növbəti beş ildə problemləri həll edə bilməz".
Kameron Junckeri aşırı federalist sayır və onun təyinatı Britaniyada AB üzvlüyünə dair referendum planını sürətləndirə bilər.
Almaniyanın kansleri Angela Merkel, Junckerin həmin posta namizədliyini dəstəkləyir. Merkel və Junckerin partiyaları sağ mərkəzçi Avropa Xalq Partiyasının üzvləridir. Bu siyasi blok ötən həftə Avropa Parlamentinə seçkilərdə üstünlük qazanıb.(ans)