Azərbaycanlı biznesmen axtarışa verildi

Azərbaycanlı biznesmen axtarışa verildi
  01 İyun 2014    Oxunub:1111
Həmyerlimiz külli miqdarda vəsaiti ələ keçirməkdə təqsirləndiriir.
Rusiyanın hüquq-mühafizə orqanları azərbaycanlı biznesmeni beynəlxalq axtarışa verib. AzVision.az xəbər verir ki, interpol 1960-cı ildə Qərbi Azərbaycanda anadan olmuş Nəsibov Lütfiyar Qulu oğlu dələduzluq yolu ilə külli miqdarda dövlət vəsaitinin ələ keçirilməsində və qrantların mənimsənilməsində təqsirləndirilir. Anket məlumatında onun Azərbaycanla yanaşı Rusiya vətəndaşı olması, rus, erməni, türk, tuva və azərbaycan dillərini mükəmməl bilməsi qeyd edilib.

Bildirilir ki, axtarışa verilmiş biznesmenin Rusiyanın Novqorod şəhərində qeydiyyatdan keçmiş bir neçə şirkəti var. Bu şirkətlər əsasən kənd təsərrüfatının heyvandarlıq sahəsi ilə məşğul olub.

Axtarış tədbirləri davam etdirilir. (lent.az)


Teqlər:





Xəbər lenti