Gezi hadisələrinin ildönümü - FOTOLARDA

Gezi hadisələrinin ildönümü - FOTOLARDA
  01 İyun 2014    Oxunub:935
Ötən ilin mayında Taksim meydanında baş vermiş kütləvi etirazların ildönümü ilə əlaqədar olaraq Taksimdə etiraz aksiyaları keçirilib.

AzVision.az `Hürriyət`qəzetinə istinadən xəbər verir ki, polis etirazçılara qarşı rezin güllələr, gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib. İstanbulun Taksim meydanında aksiya keçirmək cəhdinin qarşısı alınıb.

Ümümilikdə 120-dək etirazçının saxlanıldığı, 4 polis işçisinin isə xəsarət aldığı bildirilir. Aksiyanın Eskişehir, İzmir, Kayseri, İzmit, Sivas, Dənizli və bir neçə digər şəhərlərdə də keçirildiyi bildirilir. Polis aksiyaları dağıtmağa müvəffəq olub. Aksiyadan fotoları təqdim edirik:

Mirvari Nəcəf

Qalereya




Teqlər:  





Xəbər lenti