Nazir "Bolt" şirkətinin prezidenti ilə taksi bazarını müzakirə edib

   Nazir "Bolt" şirkətinin prezidenti ilə taksi bazarını müzakirə edib
  19 İyun 2023    Oxunub:1382
Bakının taksi bazarında mövcud problemləri və sektorun tənzimlənməsi ilə bağlı planları müzakirə edilib.
AzVision.az xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev özünün tviter hesabında məlumat verib.

Bildirilib ki, Rəşad Nəbiyev "Bolt" şirkətinin prezidenti Yevgeni Kabanov ilə onlayn görüş keçirib.

Görüşdə ekoloji təmiz, keyfiyyətli və dayanıqlı taksi xidmətinin təşkilində aqreqatorların rolu haqqında fikir mübadiləsi aparılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti