Dünyaca məşhur musiqi qrupu Bakıda ilk dəfə konsert verib - ŞƏKİL + VİDEO

  Dünyaca məşhur musiqi qrupu Bakıda ilk dəfə konsert verib -  ŞƏKİL + VİDEO
  16 İyun 2023    Oxunub:1415
Dünyada “qaraçı kralları” kimi tanınan məşhur “Gipsy Kings” qrupu Bakıda möhtəşəm konsert proqramı ilə çıxış etdi.
AzVision.az xəbər verir ki, Bakı Konqres Mərkəzində çıxış edən qrup üzvləri azərbaycanlı pərəstişkarları üçün sevilən, məşhur mahnılarını səsləndiriblər. Canlı ifalar, səhnədəki perfomans, işıq, səs effektləri və ümumilikdə tamaşaçılarla olan təmaslar gecəyə xüsusi rəng qatıb. Təşkilatçılığının yüksək səviyyədə olması da Bakı Konqres Mərkəzinə gələnlərə əsl musiqi bayramı yaşadıb. Elə pərəstişkarlar da konsert boyu gözəl atmosfer yaradıblar.

"Ayrılıq" oxudu, Bakını təriflədi - Çelikdən möhtəşəm konsert - ŞƏKİL + VİDEO
Bakı sakinləri və şəhərimizin qonaqları üçün bu möhtəşəm konserti "Tar events" təşkil edib.

Qeyd edək ki, Rumba-Flamenko stilində ifaları ilə tanınan, daha çox “Bamboleo”, ”Volare”, ”Baila Me”, ”Amor Mio” mahnılarına görə sevilən “Gipsy Kings“ pop qrupunun maraqlı tarixçəsi var. 1979-cu ildə məşhur flamenko ifaçısı Xose Reyes oğlanları Nikolas və Andre Reyes ilə birlikdə “Los Reyes” adlı qrup yaradıb. Sonralar Xosenin yaxın qohumu Toni Palyarde başqa olmaqla virtuoz gitaraçılar sülaləsi də Reyeslər ailəsinə qoşulub. Köçəri həyat tərzi keçirən qrupun adı dəyişdirilərək “Gipsy Kings” qoyulub. Onların “Gipsy Kings” adlı ilk albomu bu kollektivi bütün dünyada məşhurlaşdırıb.

Aygün Xankişiyeva
AzVision.az

Qalereya




Teqlər:   GipsyKings   Bakı   Konsert  





Xəbər lenti