Güneyli fəal 14 gündür aclıq edir

Güneyli fəal 14 gündür aclıq edir
  31 May 2014    Oxunub:1307
Azərbaycan Milli Oyanış Hərəkatı (Yeni GAMOH) təşkilatının sədri İran həbsxanasında 14 gündür aclıq aksiyası keçirir.
Doktor Lətif Həsəni (Araz) Təbriz Mərkəzi Həbsxanasında 37 gün aclıq aksiyası keçirmiş Yürüş Mehrəlibəyliyə (Ayət) dəstək və İran təhlükəsizlik orqanları tərəfindən siyasi məhbusların hüquqlarının pozulmasına etiraz olaraq mayın 18-dən etibarən bu addımı atıb. Y.Mehrəlibəyli Yeni GAMOH təşkilatının Mərkəzi Komitəsinin üzvüdür. Hazırda A.Həsəninin sağlıq durumu barədə heç bir məlumat yoxdur.

Qeyd edək ki, İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları A.Həsənini 2013-cü il fevralın 6-da Kərəc şəhərində həbs edib. Təbriz İnqilab Məhkəməsi azərbaycanlı fəalı hakimiyyət əleyhinə təbliğat aparmaq və qanunsuz təşkilat yaratmaqda günahlandıraraq 9 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar qəbul edib. Qərar Şərqi Azərbaycan vilayətinin Apelyasiya Məhkəməsi tərəfindən də təsdiqlənib. L.Həsəni hazırda Təbriz Mərkəzi Həbsxanasında saxlanılır (“Araznews”).



Teqlər:





Xəbər lenti