“Mikki Maus” Pentaqonun xidmətində

// Uolt Disney niyə əleyhqaz düzəltməyə cəlb olunmuşdu...

  “Mikki Maus”  Pentaqonun xidmətində
  16 İyun 2023    Oxunub:3503
İkinci Dünya müharibəsində döyüş əməliyyatları zamanı zəhərli qazlardan demək olar ki, istifadə edilməmişdi. Buna baxmayaraq, Birinci Dünya Müharibəsindəki qaz hücumlarının yaratdığı dəhşətlər çoxlarının yaxşı yadında idi. Buna görə də risk altında olan şəhərlərdə insanlar, xüsusilə də uşaqlar əleyhqaz taxmalı olurdular.

Amma əleyhqaz maskaları kifayət qədər xoşagəlməz, hətta qorxulu olduğundan, uşaqlar onu taxmaq istəmir, böyüklərin gözündən yayınan kimi çıxarırdılar.

Perl-Harbora hücumdan sonra ABŞ-ın böyük şəhərlərində mümkün zəhərli qaz hücumundan hazırlıqlar başladı. Məlum oldu ki, uşaqlar əleyhqaz maskalarını sevmir, hətta onun bədheybət görünüşündən qorxurlar.


Pentaqon yardım üçün məşhur multiplikator Uolt Disneyə müraciət edir. O isə Mikki Mausun başının formasında əleyhqaz hazırlayır. Multiplikatorun fikrincə, bu formada maska əleyhqaz taxmağı uşaqlar üçün əyləncəyə, oyuna çevirməli idi.


Disneyin eskizləri əsasında “Sun Rubber Co” şirkəti 1000 ədəd əleyhqaz hazırlayır. Onları məktəblərə paylayırlar.


Lakin bir müddət sonra Pentaqon belə qərara gəlir ki, ölkəyə zəhərli qaz hücumu ehtimalı cüzidir. Bundan sonra maskaların istehsalı dayandırılır.

Tariyel Həsənov
AzVision.az

Bu materialı da qaçırmayın:
İt sədaqətinin elmi izahı: MRT sirri açdı
// Bunu bilmək sizi həm də kövrəldəcək


Teqlər: Müharibə   Tarix   Disney  





Xəbər lenti